Azərbaycanda yeni turizm qanunu qəbul olunduqdan sonra lisenziyaların verilməsində yeni qaydalar tətbiq olunacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
   Nazir qeyd edib ki, «Turizm haqqında» yeni qanun layihəsinin hazırlanması artıq tamamlanmaq üzrədir, beynəlxalq təşkilatlar layihəyə rəy bildiriblər: «Biz onun üzərində artıq geniş layihə proqramı formalaşdırmışıq. Yəni qanunvericilik çərçivəsində normativ-hüquqi bazanı təkmilləşdirmişik, artıq beynəlxalq təcrübəyə əsaslanan bir sənəd qəbul olunacaq. Düşünürəm ki, bunun nəticəsində lisenziyanın verilmə qaydalarına, orada olan şərtlərə dəyişiklik ediləcək, o cümlədən turizm müəssisələrində, hotellərdə çalışan mütəxəssislərin daha çox olmasına xüsusi önəm veriləcək».

   Fəxriyyə
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar