Azərbaycan sentyabrın 24-dən 27-dək Fransanın paytaxtı Parisdə keçiriləcək «Topresa-2013» turizm sərgisində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, ölkəmizin turizm imkanları 60 kvadratmetr sahədə nümayiş olunacaq.
   Sərgidə Turizm şöbəsinin müdir müavini Rauf Paşayevin rəhbərliyi ilə heyət iştirak edəcək. Heyətdə «Qafqaz travel», «Billur travel», «Geo travel», «RVS travel», «Millennium Tourism & Congress DMC», «Gilan tourizm», «SW travel» və AZAL-ın, «Qallery Hotel»in nümayəndələri də yer alıb. Azərbaycan stendinin ziyarətçilərinə ingilis və fransız dillərində ölkəmizə dair bukletlər, broşürlər və digər vəsaitlər təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar