Tvinninq layihəsi çərçivəsində növbəti seminar Lənkəranda keçirilib
   
   Avropa İttifaqının «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin imkanlarının gücləndirilməsi» adlı Tvinninq layihəsinin 1-ci komponenti çərçivəsində «Regional və yerli turizmin planlaşdırılması və idarə olunması» adlı növbəti seminar sentyabrın 12-də Lənkəranda keçirilib.
   
   “Qala” mehmanxanasında gerçəkləşən seminarda nazirliyin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, layihə rəhbəri Florian Sengstşmid, daimi Tvinninq müşaviri Daiva Kirkilaite-Çetkuti, layihənin mütəxəssisi Ferdinand Posnik iştirak edib. Seminarlara icra hakimiyyəti, bələdiyyələr, mehmanxanalar, turizm informasiya mərkəzləri, rayon mədəniyyət və turizm şöbəsi, muzey və qoruqların nümayəndələri qatılıb.
   Tədbirin məqsədi «Turizm məkanlarının idarə olunması» mövzusunda iştirakçılara əsas nəzəri biliklərin çatdırılması, həmçinin Avstriyanın bu sahədə təcrübəsini nəzərə alaraq, müvafiq məlumatların verilməsi və gələcəkdə turizm ərazilərinin effektiv şəkildə istifadə olunmasına köməklik göstərilməsidir.
   Seminarda layihənin rəhbəri Florian Sengstşmid və mütəxəssisi Ferdinand Posnik tərəfindən turizm məkanının marketinqi, turizm məhsullarının yaradılması və inkişafı, turizm məkanının təbliğatı və digər mövzulara dair məlumat verilib, ölkəmizin coğrafi və tarixi baxımından zəngin olan ərazilərini maraqlı və cəlbedici turizm məkanlarına çevirmək məqsədilə həmin məlumatlardan istifadə olunmasının vacibliyi vurğulanıb. Bundan əlavə, göstərilən xidmətlərin səviyyəsi, peşəkar işçilərə tələbat, turizm marşrutlarının birləşdirilməsi kimi məsələlərə toxunulub. Əlavə olaraq turistlər üçün yerləşmə obyektlərinin sayının çoxluğuna baxmayaraq, bir çox hallarda xidmət səviyyəsinin aşağı olduğu bildirilib.
   Qeyd edək ki, layihə çərçivəsində birinci seminar sentyabrın 10-da İsmayıllıda keçirilmişdi. Hər iki şəhərdə reallaşdırılan seminarda layihə mütəxəssisləri tərəfindən müxtəlif məsləhətlər verilib. İştirakçılar bu tipli seminarların əhəmiyyətini vurğulayıb, turizm potensialı yüksək olan yerlərdə peşəkar turizm bələdçilərinin olmasının zəruriliyini diqqətə çatdırıblar.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar