F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya şöbəsi tərəfindən böyük şair, mütəfəkkir Əli bəy Hüseynzadənin 160, ədəbiyyatşünas, akademik Həmid Araslının 115 illik yubileyləri münasibətilə yaddaş kitabçası (biblioqrafik siyahı) hazırlanıb.

Bundan əlavə, şöbənin əməkdaşları görkəmli yazıçı, dramaturq, jurnalist, naşir Cəlil Məmmədquluzadənin 155, tanınmış şair Qasım bəy Zakirin 240 illik yubileyləri ilə əlaqədar daycest (xülasə) hazırlayaraq virtual oxuculara təqdim ediblər.

C.Məmmədquluzadənin haqqında daycestdə 23 adda kitab, 206 adda dövri mətbuat materialı, onun kəlamları və yazıçı haqqında fikirlər yer alıb.

Q.Zakirə həsr olunan daycestdə isə 4 adda kitab, 36 adda dövri mətbuat materialı və şair haqqında deyilmiş dəyərli fikirlər verilib.