20-25 noyabr tarixində paytaxtımızda daha bir beynəlxalq mədəniyyət tədbiri - Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, müəllifləri həvəsləndirmək, eyni zamanda, Azərbaycanın turizm potensialına diqqəti cəlb etməkdir.
   Yeddi kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə I, II və III yerlərə layiq görülən filmlərə mükafatlar veriləcək. Ən yaxşı ekran əsəri Qran pri mükafatı ilə təltif olunacaq.
   Festivalın seçim komitəsinə 41 ölkədən 250 film daxil olub. Ekran işləri kinematoqrafçı və turizm ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək. Festivalın rəsmi sponsoru “Garant Holding”, sponsoru “Nar Mobile”, rəsmi tərəfdaş “JW Marriot Absheron Baku Hotel”, informasiya dəstəkçiləri İctimai TV, APA agentliyi və Day.az saytıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar