“Top Resa 2013” sərgisində ölkəmizin stendinə maraq böyükdür
   
   Sentyabrın 24-də Parisin «Porte de Versaille» sərgi salonunda «Top Resa 2013» beynəlxalq turizm sərgisi açılıb. Sentyabrın 27-dək davam edəcək sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.
   
   Heyətə nazirliyin Turizm şöbəsinin müdir müavini Rauf Paşayev, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva daxildir. Zöhrə Əliyevadan aldığımız məlumata görə, sərgidə ölkəmizin stendinə maraq böyükdür. O qeyd etdi ki, artıq dördüncü dəfə iştirak etdiyimiz “İFTM Top Resa 2013” sərgisi bu dəfə 151 ölkəni qəbul edir. Sərgidə 60 kv.m sahədə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin, \\\"Billur travel\\\", \\\"Geo travel\\\", \\\"RVS travel\\\", \\\"Millennium Tourism & Congress DMC\\\", \\\"Gilan Tourism\\\", \\\"SW travel\\\", \\\"AZAL\\\"ın və \\\"Qallery Hotel\\\"in nümayəndələri təmsil edirlər.
   Həmişəki kimi Azərbaycan stendi bu dəfə də göz oxşayır. Stendi bəzəyən Qobustan lövhələrinə qədim tariximizin və mədəniyyətimizin sübutu kimi baxılır. Başqa bir rəngarəng pannodan Bakının müasir və işıqlı mənzərəsi boylanaraq ziyarətçiləri valeh edir, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin möhtəşəm təsvirləri isə günəşli Azərbaycanın qış turizminin romantikasını əks etdirir.
   Stenddə fransız və ingilis dillərində ölkəmizə dair müxtəlif məlumat kitabçaları, bukletlər, broşürlər və digər vəsaitlər yer alıb. Mədəniyyət və Turizm Nazirliyinin istehsalı olan Azərbaycanı tanıtım reklam çarxları isə heç bir ziyarətçini stendimizin önündən biganə keçməyə imkan vermir, onları ayaq saxlayıb dönə-dönə müxtəlif suallar verməyə, Azərbaycanı daha yaxından tanımağa sövq edir. Dəfələrlə belə mənzərənin şahidi olan nümayəndə heyətimiz növbəti dəfə qürur hissi keçirərək müxtəlif millətlərdən olan insanlarla danışır, ölkəmizin turizm imkanlarını təbliğ edirlər.
   Sərginin açılışında iştirak edən Fransanın turizm naziri xanım Silviya Pinel qırmızı lenti kəsərək stendləri gəzdi, müxtəlif ölkələrin nümayəndələri, o cümlədən Azərbaycan nümayəndə heyəti ilə də görüşdü. Ölkəmizin Fransadakı səfirliyinin müşaviri Elmar Məmmədov nazirə Heydər Əliyev Fondunun hazırladığı “Azərbaycan” kitabını, milli musiqi disklərimizi və suvenirlər təqdim etdi. Silviya Pinelə “Aleksandr Düma Qafqazda” və “Şərab yolu” mədəni turizm marşrutları barədə məlumat verildi. Nazir bu il noyabrın 1-2-də Gəncədə keçiriləcək II beynəlxalq üzümçülük və şərab festivalına dəvət olundu.
   Söhbət əsnasında Azərbaycan stendində “Bakı” futbol klubunun iştirakı barədə də danışıldı. Xanım Silviya Pinel bu ideyanı bəyəndiyini və turizmlə idmanın çox gözəl əməkdaşlıq müstəvisi olduğunu söylədi.
   Özünün 35-ci mövsümünü yaşayan İFTM - Beynəlxalq Fransa Turizm və Marketinq Sərgisi - “Top Resa 2013”də dünyanın səkkiz regionu - Amerika, Asiya, Sakit Okean ölkələri, Avropa, Aralıq dənizi hövzəsi, Afrika və Yaxın Şərq ölkələri təmsil olunur. Adəti üzrə turizm şirkətləri, dövlət təşkilatları, istehsalat və marketinq şirkətləri, xəbər agentliklərinin maraq dairəsinə biznes səyahətləri, işgüzar turizm və istirahət turizmi daxildir. Sərgidə yeni məhsullar təqdim olunur, istehsalat liderləri görüşür, yeni əlaqələr qurulur.
   Azərbaycan nümayəndə heyəti üçün ilk günün nəticələri uğurlu oldu. İşgüzar görüşlər, maraqlı söhbətlər, səmərəli biznes müqavilələri və s. Qeyd etdiyimiz kimi, budəfəki sərgidə Azərbaycanın idman sektorunu \\\"Bakı\\\" futbol klubu təmsil edir. Kluba aid guşədə \\\"Bakı\\\" ilə əməkdaşlıq edən Fransanın \\\"Lans\\\" komandası haqqında məlumatlar və suvenirlər də sərgilənir. Belə sərgilər həm də ziyarətçilərin ölkəmizə marağını müşahidə etmək üçün bir fürsətdir. Ümid edirik ki, bu dəfə \\\"Bakı\\\" və \\\"Lans\\\" klublarının rəhbərliyinin, futbolçularının, Fransanın Olivye Dakur, Jan Pyer Papen kimi tanınmış futbol simalarının sərgidə iştirakı, sentyabrın 27-də nəzərdə tutulan \\\"Bakı\\\" və \\\"Lans\\\" klublarının əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi hadisələrin gedişini daha da maraqlı edəcək. Təbii ki, bu tədbirlər həm Azərbaycanın, həm də Fransanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.
   * * *
   Sentyabrın 25-də Azərbaycan stendini ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov ziyarət etdi. Səfir stenddə fransız və ingilis dilində olan materiallarla maraqlandı, “Bakı\\\" futbol klubunun nümayəndələri ilə də görüşdü.
   Daha sonra Elçin Əmirbəyov “Top Resa 2013” sərgisinin direktoru Alaim Baqmaudla bərabər stendimizə yaxınlaşdı. Səfir Alaim Baqmauda Azərbaycan haqqında, ölkəmizin mədəniyyəti, turizmi, musiqisi barədə məlumat verdi, onu Azərbaycana dəvət etdi. Sonda səfir Mədəniyyət və Turizm Nazirliyinin, şirkətlərin təmsilçiləri və \\\"Bakı\\\" futbol klubunun nümayəndələri ilə birgə xatirə şəkli çəkdirdi.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar