Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-29-da Qəbələ-Şəki-Qax marşrutu üzrə infotur keçiriləcək. Nazirliyin Turizm şöbəsindən aldığımız məlumata görə, turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə baş tutacaq infotur «Qədim Qafqaz Albaniyasının tarixi izləri» adlı mədəni turizm marşrutunun yaradılması və pasportlaşdırılması məqsədilə təşkil olunub.
   Təklif olunan layihənin reallaşdırılması ölkəmizdəki mədəni dəyərlərin təşviqinə, onların turizm məqsədləri üçün daha səmərəli istifadəsinə, həmçinin Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə geniş imkanlar yaradacaq. Eyni zamanda turizm şirkətləri tərəfindən beynəlxalq turizm bazarına çıxarılacaq müxtəlif mədəni turizm marşrutlarının hazırlanmasına marağı artıracaq.
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar