Azərbaycan Turizm İnstitutunda tələbələrin yerli turizm müəssisələrində və xarici ölkələrdə təcrübə keçməsinə xüsusi diqqət verilir. 2007-ci ildən 2013-cü ilədək 60 tələbə Türkiyədə, 69 nəfər İsraildə, 2008-ci ildən 2013-cü ilədək 54 nəfər Şimali Kipr Türk Cümhuriyyətində, 30 nəfər isə Yunanıstanda təcrübədə olub. Ölkəmizdə isə bu müddətdə 780 tələbə istehsalat təcrübəsi keçib. ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov bu günlərdə Türkiyədə və İsraildə təcrübə keçən tələbələrlə görüşüb. Prorektor Azərbaycanın turizm imkanları və ATİ-nin bu sahədə üzərinə düşən vəzifələrdən söz açıb. Hər iki ölkədə 22 həftəlik təcrübə keçən tələbələrin tədris prosesində təkliflərinin nəzərə alınacağını bildirib. İnstitut tələbələrindən bir neçəsinin Türkiyə və İsrail hotellərində işləmək təklifi aldıqlarına sevindiyini deyən prorektor onlara uğurlu təhsil və karyera arzulayıb.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar