Azərbaycan
6 mart 1920 – Ədəbiyyatşünas Yəhya Qasım oğlu Seyidov (1920-1980) Ordubadda anadan olub.
6 mart 1931 – Əməkdar incəsənət xadimi, ədəbiyyatşünas, yazıçı Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) anadan olub.
6 mart 1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 – 1955) Ankarada vəfat edib. Xalq Cümhuriyyətinin süqutundan (1920) sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı” və s. əsərlərin müəllifidir.
6 mart 2007 – Əməkdar rəssam Ənvər Hacağa oğlu Almaszadə (27.8.1918 – 2007) vəfat edib.
6 mart 2008 – Xalq rəssamı, heykəltaraş, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (27.12.1934 – 2008) vəfat edib.
7 mart 1908 – Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.
7 mart 1926 – Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulub. 1918-ci ildə qaçqınlıq taleyi yaşayıb, ömrünün sonuna yaxın doğulduğu kənddə qayıdıb və orada dünyasını dəyişib.
7 mart 1926 – Şərqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Böyükağa Murtuza oğlu Hüseynov (1926–1983) Bakıda anadan olub.
7 mart 1940 – Bakıda Azərbaycan rəssamlarının birinci qurultayı işə başlayıb. Qurultayda İsmayıl Axundov Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin sədri, Mürsəl Nəcəfov məsul katib seçilib.
7 mart 1945 – Xalq artisti Xuraman Abdulla qızı Hacıyeva (1945 – 15.2.2005) anadan olub. “Arşın mal alan” (1965), “Lətifə” və s. filmlərdə çəkilib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.
7 mart 1997 – Respublika Sarayında Xalq şairi Səməd Vurğunun 90 illik yubileyinə həsr edilmiş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.
8 mart 1911 – Xalq artisti Ağadadaş Gülməmməd oğlu Qurbanov (1911 – 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çıxış edib. “Koroğlu”, “Bir qalanın sirri”, “Bizim küçə”, “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.
8 mart 1913 – Azərbaycanın ilk kinomexanik qadını Nailə Məmməd qızı Bədəlova (1913 – 27.5.2000) anadan olub. Bakı kinostudiyasında, “Bakı”, “Nizami” kinoteatrlarında çalışıb.
8 mart 1923 – Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923–1984) Bakıda anadan olub.
8 mart 1935 – Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Dövlət Teatr Muzeyinə (1934-cü ildə yaradılıb) görkəmli dramaturq Cəfər Cabbarlının adı verilib.
8 mart 1940 – Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 – 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub. 1957-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib.
8 mart 1947 – Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947–1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub. Kitabları: “Əyil, səndən keçim, dünya”, “Vətən üçün yaşanmış əfəndi ömrü” və s.
8 mart 2006 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Əliabbas Gülabbas oğlu Qədirov (15.2.1946 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, teatra rəhbərlik (2002–2006) edib. Kinoda yaddaqalan obrazlar yaradıb.
Dünya
6 mart 1909 – Polyak satirik yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec; 1909–1966) anadan olub.
6 mart 1928 – Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 – 17.4.2014) anadan olub.
7 mart 1875 – Fransız impressionist bəstəkarı, XX əsr musiqisinin islahatçılarından Moris Ravel (Joseph Maurice Ravel; 1875–1937) anadan olub.
7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924–1993) anadan olub.
7 mart 1941 – Rusiyanın Xalq artisti Andrey Mironov (Menaker; 1941–1987) anadan olub.
8 mart 1851 – Böyük türk maarifçisi, mütəfəkkir, naşir İsmayıl Qaspıralı (Qasprinski; 1851 – 24.9.1914) Krımın Qaspıra şəhərində doğulub.
Hazırladı: V.Orxan