Ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitin qorunması ilə əlaqədar layihələr həyata keçirən İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (International Dialogue for Environmental Action) çərçivəsində oktyabrın 2-də “Ekoturizm və davamlı inkişaf” mövzusunda interaktiv seminar təşkil edib. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı İDEA resurs mərkəzində gerçəkləşib.
   Tədbirin əsas məqsədi yeni yaranmış bir sahə olan ekoturizm haqqında gəncləri maarifləndirmək, onları ekoturizmin davamlı inkişafda oynadığı önəmli rol ilə daha yaxından tanış etmək olub. İDEA-nın layihələr üzrə koordinatoru Surxay Novruzlu gənclərə ekoturizm, onun ətraf mühitə, biomüxtəlifliyə təsirləri haqqında məlumat verib, sualları cavablandırıb.
   Xatırladaq ki, İDEA kampaniyası 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar