Özbəkistan kinematoqrafçıları Səmərqənd əmiri, sərkərdə, Səmərqəndin vizit kartı olan  memarlıq ansamblının – Registanın təməlini qoymuş Əmir Bahadır Yalanqtuşa (1578–1656) həsr olunmuş tarixi-bədii film çəkiblər. Film Kinematoqrafiyanın İnkişafı Milli Mərkəzinin və vilayət administrasiyasının dəstəyi ilə “Ezgu film” studiyasında ərsəyə gəlib.

Filmin quruluşçu rejissoru Cahangir Ahmedov deyir: “Bahadır Yalanqtuş bizim milli qəhrəmanımızdır. Onun sayəsində bütün dünya Registan meydanının gözəlliyindən həzz alır… Təəssüf ki, bizdə Bahadır Yalanqtuş barədə məlumat azdır. Ssenari müəllifi Həsən Taşxocayev ilə birlikdə hazırlıq müddətində Tarix İnstitutunda xeyli araşdırma apardıq. Özbəkistan Prezidentinin təşəbbüsü ilə çəkilən bu film insanlara, xüsusən də gənclərə bizim memarlıq irsimizin necə yaradıldığından söhbət açır...”.

Rejissor aktyor seçmində də çox ehtiyatla hərəkət etdiklərini bildirib. Kastinq işləri dörd ay çəkib. Baş qəhrəman roluna Habibullo Nizamov böyük mübahisələrdən sonra təsdiq olunub. Filmin batal səhnələrində Qazaxıstanın Əməkdar incəsənət xadimi, tryuk quraşdırıcısı Jaydarbek Kunqujinovun “Nomad Stan” kaskadyor komandası da iştirak edib.

Filmin premyerasının Novruz bayramı ərəfəsində baş tutacağı gözlənilir.

Gülcahan