Sah
ə inkişaf etdikcə bu mövzuda kitablara tələbat da çoxalırAz
ərbaycanda turizmin inkişafı bu mövzuda yazılan kitabların, müxtəlif nəşrlərin sayının artmasına da təsir göstərir. Turizmin praktik tərəfi ilə yanaşı, onun nəzəriyyəsi də bu nəşrlərdə əksini tapır. Bu sahəyə dair çap məhsullarının da reklam bukletləri, məlumat kitablarından, lüğət və monoqrafiyalaradək geniş əhatə dairəsi var.Nazirlik dəstək verir
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən il ərzində müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində ziyarətçilərə paylamaq üçün 20-dən çox adda reklam-çap məhsulu sifari
ş verilir. Nazirliyin Turizm şöbəsinin Turizmin marketinqi və təbliğatı sektorunun müdiri Vüqar Şıxəmmədovun sözlərinə görə, bu nəşrlər əsasən ingilis, rus, fransız, alman, ispan, eləcə də ərəb, çin, yapon və digər dillərdə işıq üzü görür. Nazirlik məlumat kitablarının hazırlanmasına da böyük önəm verir. Bu nəşrlər Azərbaycanın mədəniyyəti, sənət irsi, abidələri, turizm potensiallı bölgələri, müxtəlif turlar, paytaxt və regionlarımız haqqında məlumatları əhatə edir.Bundan əlavə, hər il nazirlik tərəfindən müxtəlif ölkələrin tan
ınmış brendlərinin adı ilə xarici dillərdə Azərbaycan haqqında bələdçi kitabları nəşr olunur. Bu layihə də ölkəmizin tanıtımına xidmət edir. 2012-ci ildə Böyük Britaniyanın «Explorer» şirkəti ərəb dilində «Baku Explorer», «Time Out» şirkəti ingilis dilində «Time Out Baku», Rusiyanın «Fair» şirkəti rus dilində “Fair Azerbaydjan”, 2013-cü ildə isə Fransanın «Hachette Livre» şirkəti fransız dilində «Azerbaydjan Evasion» kitabını nəşr edib.Kitab c
əmiyyətin mənəvi tələblərini ödəyən vasitədirAzərbaycan Turizm
İnstitutu Kitabxana İnformasiya Mərkəzinin müdiri Gülşən Mehdiyeva deyir ki, turizm sahəsi üzrə peşəkar kadr hazırlığı bu mövzuda kitab və dərs vəsaitlərinin çeşidinin artmasını da zəruri edir: “Bu baxımdan institutumuzda informasiya resurs bazasının zənginləşməsinə xüsusi diqqət yetirilir. ATİ-nin müəllim heyəti tərəfindən hazırlanaraq çap olunan kitabların sayı artmaqdadır. Müzəffər Ağakərimovun «Mehmanxanada ön büro», Əmir Əliyev və Elnur Aslanovun «Beynəlxalq turizm hüququ», Qəhrəman Yusupovun «Turizm işinin təşkili» və s. kitablar dərs vəsaiti kimi tələbələr tərəfindən istifadə olunur».Gül
şən Mehdiyevanın sözlərinə görə, ATİ-nin Kitabxana İnformasiya Mərkəzi müntəzəm olaraq çap və elektron vəsaitlərlə zənginləşir və Mədəniyyət və Turizm Nazirliyi bu məsələdə instituta hər cür dəstək göstərir: “Bu yaxınlarda nazir Əbülfəs Qarayevin göstərişi ilə yeni xarici ədəbiyyat dəsti əldə edəcəyik. Bundan başqa, nazirliyin Kitabxana sektorunun müdiri Lətifə Məmmədovanın yaxından köməyi ilə mərkəzimiz İRBİS 64 avtomatlaşdırılmış kitabxana informasiya sistemi ilə təmin olunub. 2013-cü ildən başlayaraq Kitabxana İnformasiya Mərkəzi beynəlxalq elektron məlumat bazalarına abunə olub. Bunların vasitəsilə tələbə və müəllimlər turizm sahəsində dünya miqyasında aparılan araşdırmalarla bağlı məlumat ala bilir. Ən başlıcası isə odur ki, tələbələrin kitaba marağı artıb. Onlar nəinki turizm, linqvistika, menecment, marketinq, iqtisadiyyata aid kitablara maraq göstərir, eyni zamanda bədii ədəbiyyat oxuyurlar. Belə tələbələrimizin sayı çox olduğundan Kitabxana İnformasiya Mərkəzinin nəzdində Kitabsevərlər Klubu yaratmışıq. Vaxtaşırı burada toplaşıb kitabları müzakirə edir, gənc yazarlarla görüşlər keçiririk. Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafına rəğmən gənc nəslin kitaba marağı sevindirici haldır. Bu onu göstərir ki, kitab cəmiyyətin mənəvi tələbatını ödəyən bir vasitə kimi daimi yaşayacaq».Turizm t
əhsilinin inkişafı yeni nəşrlərə zəmin yaradırOnu da qeyd ed
ək ki, son illər ölkəmizdə turizm sahəsi üzrə təhsil ocaqlarının sayının artması bu mövzuda kitabların yazılmasına da təkan verib. Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbində tədrislə bağlı müxtəlif nəşrlər, dərs vəsaitləri hazırlanır. Təkcə 2011-2012-ci illərdə bu sahəyə dair 15-dək kitab nəşr edilib.Ölk
əmizdə turizm sahəsinə aid bir çox kitablar bu yaxınlarda dünyasını dəyişmiş Sabir Rəhimovun imzası ilə işıq üzü görüb. Dəyərli turizm mütəxəssisi 7 kitab, bir neçə fənn proqramı, Azərbaycanın turizm imkanlarından bəhs edən çoxsaylı buklet və reklam prospektləri, 50-yə yaxın elmi və elmi-populyar məqalənin müəllifi idi. Onun uzun zəhmət hesabına ərsəyə gətirdiyi «Beynəlxalq turizmdə işlədilən termin və anlayışların izahlı lüğəti» ötən il “Mədəniyyət» qəzetinin layihəsi əsasında çapdan çıxıb. Lüğətdə 3 mindən artıq termin və anlayışın izahı verilib.Az
ərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da hotelçilik üzrə çoxsaylı kitabların müəllifidir. «Mehmanxanada ön büro» kitabı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr edilən «Turizm sahəsində çalışanlar üçün məlumat kitabı», «Beynəlxalq turizm hüququ» və s. dəyərli dərs vəsaitidir.Fəxriyyə Abdullayeva