“AtaTravel” MMC-nin təşkilatçılığı ilə Macarıstanın turizm şirkətlərinin, mehmanxanalarının və mətbuat nümayəndələrinin ölkəmizə səfərinin yekunlarına dair tədbir keçirilib. “AtaTravel”in direktor müavini Ərtoğrul Qafarov tədbiri açaraq bildirib ki, bu ilin iyun ayında iki ölkə arasında birbaşa aviareys açıldıqdan sonra turist axını artıb. Macarıstanın “Wizz Air” şirkətinin həftədə iki dəfə yerinə yetirdiyi reyslərdə yerlərin 80 faizi dolur. Həftə ərzində iki istiqamətdə 600-ə yaxın turist daşınır. Macarıstanın turizm şirkətləri, mehmanxana və media nümayəndələrinin Azərbaycana infoturundan danışan Ə.Qafarov əmin olduğunu bildirib ki, belə qarşılıqlı səfərlər iki ölkə arasında turist axınına öz müsbət təsirini göstərəcək.
Azərbaycanın turizm şirkətlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə macarıstanlı qonaqlar ölkələrinin turizm imkanları haqqında təqdimatlarla çıxış ediblər. Macarıstanın gözəl, müalicəvi turizm məkanları, füsunkar təbiəti barədə təfərrüatlı məlumat verilib. Şəfaverici termal sulardan əsrarəngiz Balaton gölündə istirahətə, macəralı ov turizminə, tarixi yerlərə qədər təqdimatlar maraqla qarşılanıb. Xüsusilə qeyd etmək lazımdır ki, Macarıstana turist səfəri qiymətlərin münasibliyi ilə seçilir.
Macarıstanın “1000 yol” turoperatorunun rəhbəri Aleksandr Baranov qeyd edib ki, bu ölkədə turistləri həm də yüksək olmayan qiymətlər cəlb edir. Son vaxtlar Azərbaycan vətəndaşları Macarıstana turist səfərlərinə böyük maraq göstərirlər. Bu işdə “Wizz Air” şirkətinin Budapeşt-Bakı reysinin də az rolu olmayıb.
Sonda turizm şirkətləri və media nümayəndələri üçün Macarıstana 2 nəfərlik səyahəti nəzərdə tutan lotereya oyunu keçirilib.

Sadiq Musa






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar