Bir neçə günlüyə də olsa...

 

ABŞ-nin Kolorado Universitetinin alimləri yaxın gələcəkdə Arktikada (şimal qütbü) yay mövsümünün ola biləcəyini, dənizin ilin müəyyən günlərində buzdan azad olacağını iddia ediblər. Bu halda qütb regionunun rəngi ağdan maviyə dəyişəcək.

Tədqiqat “Nature Reviews Earth & Environment” (NREE) elmi jurnalında dərc edilib.

Ekspertlərin nəticələri bunu deməyə əsas verir ki, Arktikada buzsuz ilk gün əvvəlki proqnozlardan 10 ildən də tez, yaxın iki ildə yarana bilər. Buzsuz mövsüm tamamilə buzun yoxluğu anlamını vermir. Bu halda Arktika regionunda buzun azı 1 milyon kvadrat kilometr ərazini tutması başa düşülür.

Yüzilliyin ortalarında Arktika ehtimal ki, bir ayı üzən buz olmadan keçirəcək. Yəqin ki, bu ay sentyabr olacaq. Yüzilliyin sonunda buzsuz mövsüm istixana tullantılarının gələcək vəziyyətindən asılı olaraq ildə bir neçə ay uzana bilər. Əgər istiləşmə prosesi sürətli və orta templərlə gedərsə, o halda Arktika dənizləri hətta qışda belə daha donmayacaq.

Dəniz buzunun azalması ondan asılı olan Arktika heyvanlarına, o cümlədən suiti və ağ ayılara əhəmiyyətli təsir göstərir. Bundan başqa, okean isindikcə, tədqiqatçılar Şimal Buzlu okeanında yabançı balıqların məskunlaşa bilməsindən narahatdırlar. Bu invaziv növlərin yerli ekosistemə təsiri naməlum olaraq qalmaqdadır.