Xəbər verdiyimiz kimi, görkəmli azərbaycanlı alim və mütəfəkkir, sufi filosofu Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi UNESCO səviyyəsində qeyd edilir. 2013-cü il təşkilat tərəfindən “Seyid Yəhya Bakuvi ili” elan edilib. Yubiley münasibətilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Bakuvi irsinə həsr olunmuş silsilə tədbirlər keçirir. Bu sıraya mədəni irs seminarları da daxildir.
Növbəti seminarlardan biri oktyabrın 11-də Cəlilabadda keçiriləcək. “Miras” İctimai Birliyi, Qafqaz Universiteti və Cəlilabad Müəllimlər İnstitutunun birgə təşkil etdiyi seminar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə və Seyid Yəhya Bakuviyə həsr olunub.
Daha sonra seminarların Astara və Lənkəranda da keçirilməsi nəzərdə tutulur.
Fəxriyyə