Martın 7-də Bakı Kitab Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Zərif duyğular” adlı musiqili poeziya axşamı keçirilib.

Tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva ölkəmizin bütün xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Sonra Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında D.Şostakoviç, Q.Qarayev, T.Quliyev, R.Hacıyev kimi dahi bəstəkarların əsərləri səsləndirilib.

Qiraətçi Hüseynağa Aslanovun aparıcılığı ilə keçirilən konsertdə qadınlara ithaf olunmuş şeirlər də yer alıb.

Tədbir çərçivəsində rəssam Kənan Əliyev və heykəltaraş Namiq Hüseynovun əsərlərindən ibarət “Danışan zərif əllər” adlı sərgi təşkil olunub.