Sənədli film çəkiləcək
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən keçirilmiş müsabiqədə qalib olan film layihələrinin dövlət sifarişi ilə istehsalına başlanılıb.
ARKA-dan bildirilib ki, müsabiqənin dövlət sifarişi istiqaməti üzrə çəkiləcək “Kür - çaylar anası” sənədli film layihəsi ilə bağlı istehsal müqaviləsi bağlanılıb. Filmin bu ilin dekabr ayında təhvil verilməsi nəzərdə tutulub.
“OD Media Production” şirkəti tərəfindən ərsəyə gələcək filmin rejissoru Seyran Bədəlov, ssenari müəllifi Əkbər Nəcəflidir.
Çəkilişlər Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq.