Heydər Əliyev Mərkəzindəki “Tomris” sərgisində əl işləri nümayiş olunan rəssamlardan biri də məşhur qırğız yazıçısı Çingiz Aytmatovun oğlu Eldar Aytmatovdur. Onun təqdim etdiyi “Ölüm kötüyü” tablosu öz adını Çingiz Aytmatovun eyniadlı romanından götürüb.
“Mən bu əsərdə həyat və ölümü təsvir etmişəm və bununla, bu iki hadisənin həyatımızın tərkib hissəsi olduğunu ifadə etməyə çalışmışam”, – deyə o, jurnalistlərə müsahibəsində bildirib.
Rəssam əsərlərinin Bakıda, Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən məmnunluğunu diqqətə çatdırıb.
Xalq rəssamı Sakit Məmmədov da sərginin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Türk dünyası rəssamlarını bir araya gətirən, həmrəyliyimizi təcəssüm etdirən sərgi Türkiyə, Qırğızıstan, Qazaxıstan və digər türk respublikalarında da nümayiş olunacaq.