Beynəlxalq tarix-mədəniyyət layihəsi

Oktyabrın 12-də Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Sankt-Peterburq şəhərindəki Tavriya sarayında “MDB ölkələrinin “Böyük İpək Yolu” - beynəlxalq tarix-mədəniyyət layihəsi” adlı mədəniyyət-turizm forumu keçirilib.

Tədbir tarixi-mədəni irs obyektləri əsasında regionlararası və mədəni-maarifləndirmə xarakterli beynəlxalq turizm marşrutlarının, bu istiqamətdə müxtəlif birgə layihələrin işlənib hazırlanması məqsədilə təşkil edilib. Ölkəmizin Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov və Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən Q.Osmanov 1998-ci ilin sentyabrında Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Böyük İpək Yolu”na həsr olunmuş beynəlxalq konfransın keçirildiyini diqqətə çatdırıb. Diplomat Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin “Böyük İpək Yolu” marşrutu boyunca həyata keçirdiyi irimiqyaslı regional infrastruktur və enerji layihələrindən söz açıb.
Rusiya Etnoqrafiya Muzeyinin direktoru Vladimir Qrusman çıxışında Azərbaycan rəhbərliyinin xalqın mədəni dəyərlərinə qayğıkeş münasibətini yüksək qiymətləndirib, Bakıdakı Xalça Muzeyində Böyük İpək Yolu arealında sənət şedevrləri sayılan xalça nümunələrinin qorunub saxlanıldığını deyib.
Tədbirdə Dünya Turizm Təşkilatının, UNESCO-nun nümayəndələri, Rusiyanın müxtəlif regionlarından alimlər iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar