Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 5-7 mart tarixlərində “ITB Berlin” sərgisində təqdim olunub.
Milli stenddə ölkəmizi AZAL, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə 14 sənaye tərəfdaşı təmsil edib. Sərgi çərçivəsində digər ölkələri təmsil edən turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilib. Ziyarətçilərə Azərbaycanın UNESCO-nun siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, “Slow Food” və “Slow Wine” təcrübələri və digər turizm imkanları barədə ətraflı məlumat verilib.
Azərbaycan stendini Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili, Dünya Səyahət və Turizm Şurasının prezidenti və baş icraçı direktoru Culiya Simpson, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev ziyarət ediblər.