Ölkə Prezidentinin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr ayı ərzində bir sıra turizm obyektlərinin mehmanxana kimi fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verilib. Bakı şəhəri ərazisində fəaliyyət göstərən «Deluxe Hotel», «Paradise Baku» mehmanxanası, «Rigs HoteL», «12 İNN» mehmanxanası, «Old Baku» qonaq evi, «Nemi» mehmanxanası, Masallıdakı «Masallı» mehmanxanası, Lənkərandakı «Palıdlı sahil» istirahət mərkəzi, Qəbələdəki «Qəbələ» mehmanxanası, Şəkidəki «FM hotel» bundan sonra nazirliyin lisenziyası əsasında fəaliyyət göstərəcək.
Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyi Quba rayonundakı «Qəçrəş» istirahət mərkəzinin lisenziyasını dayandırıb, Bakı şəhərində fəaliyyət göstərən «Sultanbud» MMC-yə mehmanxana fəaliyyəti üçün verilən lisenziya isə ləğv edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar