Azərbaycan
13 mart 1918 – Əməkdar mədəniyyət işçisi Xavər Əhməd qızı Vəkilova (Mirzəbəyova; 1918 – 16.1.2006) Dərbənd şəhərində doğulub. Xalq şairi Səməd Vurğunun ömür-gün yoldaşı olub. Səməd Vurğunun Ev-Muzeyinin direktoru (1975-2006) işləyib.
13 mart 1927 – Görkəmli aktyor, Xalq artisti Nodar Şaşıqoğlu (Nodar İzzətoviç Şaşıqoğlu; 1927 – 12.4.2013) Batumi şəhərində anadan olub. Moskva və Sankt-Peterburq teatrlarında, Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb. “Uzaq sahillərdə”, “Əsl dost”, “Bizim küçə”, “Telefonçu qız” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
13 mart 1928 – Tanınmış skripka ifaçısı, Əməkdar artist Azad Həmzə oğlu Əliyev (1928 – 17.8.1994) anadan olub. Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertmeysteri, Azərbaycan Dövlət Konservatoriyasının müəllimi olub.
13 mart 1935 – Ədəbiyyatşünas, Əməkdar elm xadimi Arif Allahyar oğlu Hacıyev (1935–2000) anadan olu.
13 mart 1994 – Görkəmli aktyor, Əməkdar artist Həsən Abbasqulu oğlu Əbluc (22.4.1942 – 1994) vəfat edib. Teatr və televiziya tamaşalarında, kinoda yaddaqalan obrazlar yaradıb.
13 mart 1996 – Prezident Heydər Əliyev böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
14 mart 1919 – Satirik şair Əliqulu Qəmküsar (Əliqulu Məşədi Ələkbər oğlu Nəcəfov; 1880, Naxçıvan – 1919) Tiflisdə qətlə yetirilib. “Molla Nəsrəddin” jurnalının tanınmış müəlliflərindən olub.
14 mart 1936 – Yazıçı-dramaturq Nahid Rəhim oğlu Hacızadə (1936–2018) Gədəbəy rayonunun Düzrəsullu kəndində doğulub. Pyesləri teatrlarda tamaşaya qoyulub, televiziya filmlərinin ssenari müəllifidir.
14 mart 1938 – Tanınmış ədəbiyyatşünas, professor Samət Qüdrət oğlu Əlizadə (1938–2002) Xızı qəsəbəsində anadan olub.
14 mart 1992 – Şair, tərcüməçi Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev; 28.3.1924 – 1992) vəfat edib. Uşaqlar üçün çoxsaylı əsərlərin müəllifidir, rus ədəbiyyatından tərcümələr edib.
15 mart 1878 – Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 – 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.
15 mart 1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi, aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev; 1893–1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.
15 mart 1897 – Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897 – 5.12.1988) Şamaxıda anadan olub. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub. Bakı Türk İşçi Teatrında da tamaşalarda oynayıb. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
15 mart 1899 – Xalq artisti Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 – 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. 1920-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb, Musiqili Komediya Teatrında tamaşalarda oynayıb. “Görüş” filmində (1955) çəkilib.
15 mart 1911 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (1911 – 5.10.1961) Bakıda doğulub. Gəncə teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.
15 mart 1911 – Xalq artisti Əyyub Məmmədəli oğlu Haqverdiyev (1911 – 12.6.1996) Naxçıvanda doğulub. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.
15 mart 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914 – 11.9.2001) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.
15 mart 1919 – Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 – 24.10.1993) Bakıda anadan olub. Muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.
15 mart 1923 – Əməkdar incəsənət xadimi, rəssam Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923–1990) anadan olub. Qrafika ustası kimi tanınıb, görkəmli şəxsiyyətlərin portretlərini, kitablara illüstrasiyalar çəkib.
15 mart 1923 – Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923–2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
15 mart 1932 – Əməkdar rəssam Sima Abbas qızı Ağayeva (1932–2021) anadan olub.
15 mart 1941 – Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 – 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.
15 mart 1941 – Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 – 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.
15 mart 1949 – Xalq artisti, vokal ifaçısı Eldar Balağa oğlu Axundov (1949 – 17.9.2014) Lənkəranda doğulub. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub.
15 mart 1954 – Əməkdar mədəniyyət işçisi, aşıq Abbas Musaxan oğlu Güləliyev (1954 – 13.9.2023) Şamaxı rayonunun Şıxzərli kəndində (hazırda Qobustan rayonunun ərazisi) anadan olub.
15 mart 2022 – Prezident İlham Əliyev bəstəkar Fikrət Əmirovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.
16 mart 1882 – Xalq artisti, vokalçı Vasili Alekseyeviç Nikolski (1882–1967) anadan olub. Opera və Balet Teatrının solisti olub, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
16 mart 1903 – Əməkdar mədəniyyət işçisi, dramaturq Qurban İsabala oğlu Musayev (1903–1982) Bakının Mərdəkan qəsəbəsində doğulub.
16 mart 1906 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (1906 – 12.10.1974) Bakıda doğulub. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri olub.
16 mart 1914 – Əməkdar incəsənət xadimi, rejissor Niyaz Səttar oğlu Şərifov (1914 – 15.5.1982) Bakıda anadan olub. Musiqili Komediya Teatrında çalışıb.
16 mart 1916 – Əməkdar incəsənət xadimi, bəstəkar Zakir Cavad oğlu Bağırov (1916 – 8.1.1996) Şuşada anadan olub. “Aygün” operası, “Kəndimizin mahnısı”, “Qayınana” operettalarının müəllifidir, tamaşalara musiqi yazıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.
16 mart 1940 – Cazmen, pianoçu, bəstəkar, caz-muğamın yaradıcısı, Əməkdar artist Vaqif Əziz oğlu Mustafazadə (1940 – 16.12. 1979) Bakıda doğulub. “Qafqaz” caz üçlüyü, “Leyli” və “Sevil” vokal qızlar ansamblları və “Muğam” instrumental ansamblına rəhbərlik edib. Beynəlxalq müsabiqə və festivalların (Tallin, Tbilisi, Monte-Karlo) qalibi və laureatı olub.
16 mart 2020 – Xalq artisti Rafael Məlik oğlu Dadaşov (4.1.1946 – 2020) vəfat edib. Akademik Milli Dram Teatrının səhnəsində, filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar oynayıb.
Dünya
13 mart 1900 – Yunan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1963) laureatı Giorgos Seferis (1900–1971) anadan olub.
13 mart 1910 – Türk yazıçısı Kamal Tahir Dəmir (1910 – 21.4.1973) anadan olub. “Əsir şəhərin insanları”, “Yorğun savaşçı”, “Qurd qanunu” və s. romanların müəllifidir.
14 mart 1681 – Alman bəstəkarı, musiqişünas Georq Filip Teleman (Georg-Philipp Telemann; 1681–1767) anadan olub. 40-dək operanın müəllifidir.
14 mart 1804 – Avstriya bəstəkarı, skripkaçı, dirijor Yohann Ştraus (Johann Strauss; 1804–1849) anadan olub. Üç oğlu (Yohann, Yozef, Eduard) da məşhur bəstəkar olublar.
15 mart 1830 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse; 1830–1914) anadan olub.
15 mart 1932 – Polşa rejissoru və ssenaristi Yeji Hoffman (Jerzy Hoffman) anadan olub. Filmləri: “Ara həkimi”, “Od və qılıncla” və s.
16 mart 1839 – Fransız şairi, ədəbiyyat üzrə ilk Nobel mükafatı (1901) laureatı Rene Sülli-Prüdom (Rene François Armand (Sully) Prudhomme; 1839–1907) anadan olub.
16 mart 1935 – Rusiyanın Xalq artisti Sergey Yurski (1935 – 8.2.2019) anadan olub. “Azərbaycanfilm”də “Dərviş Parisi partladır”, “Şir evdən getdi” və s. filmlərdə çəkilib.
16 mart 1940 – İtalyan kinorejissoru, dramaturq Bernardo Bertoluççi (Bernardo Bertolucci; 1940 – 26.11.2018) anadan olub.
Hazırladı: V.Orxan