Respublika Uşaq Kitabxanasının dəstəyi ilə 281 nömrəli tam orta məktəbinin şagirdləri Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabından mənzum hekayələr və nağılları səhnələşdirib.

Tədbirin keçirilməsində əsas məqsəd mədəni irsimizi, tariximizi gələcək nəsillərə doğru şəkildə aşılamaq və Firidun bəy Köçərlinin irsini yaşatmaqdır.

Martın 3-də təqdim olunan səhnəcikdə milli geyimlərdən, qədim dövrü əks etdirən əşyalardan istifadə edilib.