Türkiyənin “Atlasjet” aviasiya şirkəti “Airbus A319” təyyarəsi ilə İstanbul-Tbilisi-İstanbul reysi üzrə ilk rəsmi uçuş həyata keçirməklə Gürcüstan bazarına daxil olub.
Aviaşirkətin Tbilisi beynəlxalq aeroportundakı nümayəndəliyinin rəhbəri Samir Xəlilov bildirib ki, Gürcüstan Mülki Aviasiya Agentliyi ilə razılaşmaya əsasən, “Atlasjet” İstanbul-Tbilisi-İstanbul aviareysi üzrə gündə bir uçuş, 2014-cü ilin yayından isə Tbilisi-Antalya-Tbilisi reysi həyata keçiriləcək.
Aviaşirkət sərnişinlər üçün hər cür xidməti təmin edəcək. Sərnişinlər Tbilisinin mərkəzindən aeroportadək xüsusi avtobusla pulsuz daşınacaqlar. Bundan əlavə, hər 10 bilet alan sərnişin üçün 11-ci bilet ödənişsiz olacaq.
Gürcüstan Mülki Aviasiya Agentliyi aviaşirkətin ölkə bazarına daxil olmasını sağlam rəqabət mühitinin yaradılması baxımından əhəmiyyətli addım kimi qiymətləndirib. Gürcüstanda Türkiyənin üç aviaşirkətinin fəaliyyət göstərməsi bu sahənin perspektivliyinə dəlalət edir. Hazırda Gürcüstanda 28 aviaşirkət çalışır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar