Astara rayon Heydər Əliyev Mərkəzində böyük yazıçı və dramaturq Cəfər Cabbarlının (1899–1934) 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“Cəfər Cabbarlı – mədəniyyətimizin, ədəbiyyatımızın böyük nümayəndələrindən biri” mövzusunda tədbirdə Lənkəran-Astara RGİİ-nin Astara rayonu üzrə sektorunun əməkdaşları,  Cəfər Cabbarlı adına Kakalos kənd 1 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Mərkəzin baş fond mühafizi Elza Kazımova bildirib ki, C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı, dramaturq, kinossenarist, tərcüməçi, publisist, teatrşünas və ictimai xadimdir. O, yeni tarixi şəraitdə milli dramaturgiyamızın xüsusi mərhələsinin yaradıcısıdır. Ədib istiqlal idealının mahir tərənnümçülərindədir.

Sonda şagirdlərin sualları cavablandırılıb.

Nurəddin