Gəncə-Daşkəsən RMİ-nin təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Mübariz Əkbərovun yaradıcılıq gecəsi keçirilib.

Tədbirdə RMİ-nin rəisi vəzifələrini icra edən Pərvin Kazımov, “Turan” Elmlər Akademiyasının vitse-prezidenti Sabir Tağıyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri professor Nurəddin Məmmədov, ictimaiyyət nümayəndələri, ziyalılar və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər rəssamın əsərlərinin özünəməxsusluğundan söz açıb, ona yaradıcılıq uğurları arzulayıblar.

Daha sonra Mübariz Əkbərova “Turan” Elmlər Akademiyasının fəxri diplomu və döş nişanı təqdim olunub.

Sonda Əməkdar rəssamın əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Nurəddin