Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümü münasibətilə Mingəçevir Turizm Kollecində «Heydər Əliyev və müstəqilliyimiz» mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Tədbirdə kollecin direktoru, professor Əyyub Əyyubov Azərbaycan xalqının istiqlal tarixindən söhbət açıb, dövlət müstəqilliyimizin möhkəmlənməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini, dahi şəxsiyyətin dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Konfransda «Müstəqilliyimiz əbədi və sarsılmazdır», «Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu», «Azərbaycanın turizm sektorunun müstəqillik dövründə inkişafı» və digər mövzularda məruzələr dinlənilib. 


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar