Azərbaycan əcnəbi turistlərin gözü ilə
“Turist əcnəbi ölkəyə gəldiyində ünsiyyətə girmək üçün nisbətən gülərüz insanları seçir ki, rahat dil tapa bilsin”
“Azərbaycan əcnəbi turistlərin gözü ilə” rubrikasında budəfəki həmsöhbətim Avropanın şimalından - İsveç Krallığından ölkəmizə təşrif buyurub. İlk dəfədir ki, şəhərimizin qonağı olan Pol Vaqneni Bakıya gətirən səbəb paytaxtımızda təşkil olunan beynəlxalq konfransdır.
Stokholm Universitetinin professoru, beynəlxalq hüquq və ədliyyə kafedrasının müdiri olan müsahibim eyni zamanda konfliktlərin nizamlanması ilə məşğul olan beynəlxalq humanitar təşkilatın əməkdaşıdır. Onunla şəhərimizin mərkəzində, restoranların birində tanış olduq. Qarşısında noutbuk və qəhvə konfransda edəcəyi çıxışın mətnini hazırlayırdı. Söhbət zamanı işlətdiyi ifadələri diqqətlə seçən müsahibim peşəkar hüquqşünas kimi korrekt olmağa çalışır, fikirlərini səlis çatdırmağa üstünlük verirdi. Öncə özü haqqında məlumat verməsini xahiş etdik.
- İsveç Krallığında doğulmuşam, hazırda paytaxt Stokholmda yaşayıram. Ailəliyəm, bir övladım var. Hüquq təhsili almışam, Stokholm Universitetinin professoruyam. Dünyanın bir çox ölkələrində fəaliyyət göstərmişəm. Əsasən Şimali Afrika və Yaxın Şərq ölkələrində çalışmışam. Bir müddət isə Şərqi Avropada fəaliyyətim olub. Eyni zamanda beynəlxalq humanitar təşkilatda fəaliyyət göstərirəm. Əsas işimiz Afrikada, Yaxın Şərqdə sülhə nail olmaq, bu istiqamətdə hüquqi baza yaratmaq və xalqların sülh şəraitində birgə yaşayışını təmin etməkdir.
- Bakıya gəliş səbəbiniz barədə bir qədər məlumat verərdiniz.
- Bakıda təşkil olunan konfransa dəvət aldım və böyük məmnuniyyətlə qəbul etdim. Onu da nəzərinizə çatdırım ki, bu, ümumiyyətlə Cənubi Qafqaza ilk səfərimdir. Bu baxımdan Azərbaycanda, bu regionun ölkələrinin birində olmaq mənə olduqca xoş və maraqlıdır. Sizin region yeni inkişaf edən və Avropaya qovuşmaq yolunda addımlayan ölkələrdən ibarətdir. Bildiyim qədərilə, ölkəniz Gürcüstan və Ermənistanla müqayisədə daha dayanıqlı, dinamik inkişaf edir. Düzdür, cəmi iki gündür ki Bakıdayam, ancaq şəhərin dəyişən infrastrukturunu aydın hiss etmək olur.
- Elə isə paytaxtımız, ümumiyyətlə, ölkəmiz haqqında ilkin təəssüratınızı bölüşməyinizi istərdik.
- Bəri başdan söyləyim ki, neft ölkəsi kimi böyük gəlirlərinizin olması dərhal hiss olunur. Bu, böyük infrastruktur layihələrində, yeni binalarda da özünü göstərir. Şəhərin təmizliyini qeyd etmək istərdim, insanların rifah səviyyəsi də yəqin ki, yüksəkdir. Çünki şəhərdə olduqca çox avtomobil var. Qaldığım hoteldən şəhərin mərkəzinə doğru gələrkən bir neçə yol qovşağını keçməli oldum. Maşınların əksəriyyəti də Avropa istehsalıdır. Məncə, bu da rifah göstəricisi hesab edilə bilər. Avropada sizin ölkənizi artıq tanımağa başlayırlar, ölkəniz barədə əsasən müsbət qənaət var. Ancaq hüquqşünas olduğum üçün məni daha çox insanların hüquqi azadlıqları maraqlandırır. İnanıram ki, səfər əsnasında bu barədə daha çox məlumat almaq imkanım olacaq.
- Dediniz ki, beynəlxalq hüquq və daha çox dövlətlərarası konfliktlərin nizamlanması ilə məşğulsunuz. Qarabağ münaqişəsi barədə məlumatınız varmı? Beynəlxalq hüquq baxımından bu situasiyanı necə dəyərləndirərdiniz?
- Qarabağ münaqişəsi ilə bağlı o qədər də dərin biliklərim yoxdur, ancaq ortada bir işğal faktının olduğunu bilirəm. Ölkənizin beynəlxalq hüquqla tanınan əraziləri Ermənistan tərəfindən işğal edilib, səhv etmirəmsə, BMT və Avropa təşkilatlarının işğal olunmuş ərazilərlə bağlı qətnamələri də var. Bu isə onu göstərir ki, siz haqlısınız və beynəlxalq hüquq sizin tərəfinizdədir. Ümid edirəm ki, bu münaqişə də öz müsbət həllini tapacaq.
- Biz də buna ümid edirik. Bakıda nə qədər qalmağı düşünürsünüz və bu müddətdə planlarınız nələrdir?
- Şəhərinizdə üç və ya dörd gün qala biləcəyəm. Çalışacağam ki, bu müddət ərzində Bakının gəzməli, görməli yerlərində olum. Onu da deyim ki, artıq İçərişəhəri, Fəvvarələr meydanını gəzmişəm və çox xoşuma gəlib. Bakının maraqlı arxitekturası var. Sovetlər İttifaqının təsiri altında olmuş Şərqi Avropa ölkələrində olmuşam və ölkələrin arxitekturadakı oxşarlıqlarını asanlıqla müşahidə edə bilirəm. Köhnə binalar Estoniyanın paytaxtı Tallinni xatırladır. Vaxt baxımından o qədər böyük imkanım olmasa da, çalışacağam ki, Bakının ətrafını da görüm, məndə ümumi təəssürat formalaşsın.
- Azərbaycan mətbəxindən dada bilmisinizmi?
- Bəli, qaldığım hoteldə bizə toyuqlu aş verdilər, çox xoşuma gəldi. Sizin mətbəxə aid şirniyyatlardan da daddıq. Dadlı, çox şirin, bir qədər də yağlıdır. Sizə deyim ki, Avropada bu cür şirniyyatları az yeyirlər, çünki kalorisi çoxdur, kökəlməkdən qorxurlar. Yəqin ki, bir iki dəfə yeməklə heç nə olmaz (gülür).
- Qiymət və xidmət səviyyəsi necə, sizi qane etdimi?
- Qiymətlər münasibdir, hətta deyərdim ki, Avropa ilə müqayisədə ucuzdur. Mən əsasən qida, nəqliyyat və geyimi nəzərdə tuturam. Avropada bu sadaladıqlarım bahadır. Bu baxımdan sizin ölkənizdə yaşamaq daha sərfəli olar. Ancaq elektrotexnika mallarını burdan almaq sərfəli deyil. Avropa ilə 200, 300 dollar arasında fərq mövcuddur, bəzi məhsullarda isə fərq daha böyükdür. Bəlkə də şəhərin mərkəzi dükanları olduğu üçün qiymətlər belə bahadır, yəqin ki, şəhər ətrafında ucuz olar. Xidmət səviyyəsinə gəldikdə, məncə, bir qədər həll olunmalı problemləriniz var. Burada olduğum müddətdə insanların xarici dil biliklərinin zəif olduğunu müşahidə etdim. Qaldığım hoteldə də işçilər ingilis dilini yaxşı bilmirdilər, bu səbəbdən sifariş verməkdə, fikrimi çatdırmaqda çətinlik çəkdim. Hazırda oturduğumuz məkanda da ingilis dilini, demək olar ki, bilmirlər. Bu səbəbdən sadəcə qəhvə sifariş etdim ki, ofisiant nə istədiyimi rahat başa düşə bilsin. Yəqin razılaşarsınız ki, xidmət sektorunda çalışan insanlar ən azı ingilis dilini bilməlidirlər. Onu da etiraf edim ki, mənim də xarici dil biliklərim o qədər də zəngin deyil. Yalnız ingilis dilini bilirəm. Düşünürəm ki, rus dilini bilsəydim, burada mənim üçün daha asan olardı.
- Sizcə, ölkəmizə təşrif buyuran turistləri məmnun etmək üçün daha nələr edilməlidir?
- Dediyim kimi, ilk növbədə xidmət sektorunda çalışan insanların xarici dil bilikləri təkmilləşdirilməlidir. İkinci məqam isə, gülərüzlü xidmətdir. Burada ofisiantlar müştəriyə adi insan kimi yaxınlaşır, gülümsəmirlər. Bu mənə qəribə gəldi. Ancaq şəhərə çıxanda başa düşdüm ki, sizin insanınızın xarakteri belədir. Hamı çox ciddi görünür və ya görünməyə çalışır. Bu, Avropada o qədər də müşahidə edilməyən mənzərədir. Bu sizə kiçik məsələ kimi görünə bilər, ancaq turist üçün çox önəmlidir. Çünki o, ölkəni, insanları tanımır, ünsiyyətə girmək üçün isə nisbətən gülərüz insanları seçir ki, rahat anlaşa bilsin. Məsələn, sizin mənə yaxınlaşıb sual verməyiniz mənə bir qədər qəribə gəldi. Mənə elə gəlirdi ki, burada heç kim tanımadığı insanla danışmır, hətta ona təbəssüm belə etmir. Deməli, vəziyyət heç də belə deyilmiş.
Sadiq Musa