Oktyabrın 31-dən noyabrın 2-dək “Bakı Expo” mərkəzində növbəti sərgi XIX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi (“BIHE 2013”) keçiriləcək. «Iteca Caspian LLC» şirkətinin təşkilatçılığı ilə keçirilən sərgidə 17 ölkədən 100 şirkət öz məhsullarını nümayiş etdirəcək. İştirakçılar arasında Azərbaycanın da «Alba Group”, «Keşəli», «Labservis», «Medeks», «Nabucco», «Caspident», «Saf-Med» kimi aparıcı şirkətləri var. Şirkətlər ultrasəs müayinəsi və kompyuter tomoqrafiya, rentgen, lazer terapiyası aparatları, cərrahiyə alətləri və laboratoriya texnologiyaları və digər məhsulları təqdim edəcəklər.
Sərgidə Rusiyanın istehsalçı və distributorlarının geniş ekspozisiyası da yer alacaq. Eyni zamanda, Çexiya öz milli stendi ilə debüt edəcək. Stenddə Çexiyanın 10 şirkəti ortopedik məhsullar, laboratoriya avadanlıqları, təcili tibbi yardım vasitələri, klinikalar üçün mebel təqdim edəcəklər. Türkiyə istehsalçıları sərgidə proqram təminatı və tibbi geyimlər nümayiş etdirəcəklər.
Builki «BIHE» sərgisinin özəlliklərindən biri də burada ilk dəfə olaraq dünyanın 20-dən artıq müxtəlif klinikasını əhatə edən «Tibbi turizm» bölümünün fəaliyyət göstərməsidir. «Tibbi turizm» bölümü Dünya Tibbi Turizm Assosiasiyası və Türkiyə Tibbi Turizm Assosiasiyasının dəstəyi ilə təşkil olunur.


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar