Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin təsis konfransı keçiriləcək. Bu barədə qəzetimizə məlumat verən «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev bildirdi ki, XIX Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi («BIHE 2013») çərçivəsində baş tutacaq tədbirdə Türkiyə Tibbi Turizm Assosiasiyasının nümayəndələri də iştirak edəcək: «Birliyin yaradılmasında əsas məqsəd Azərbaycanın sağlamlıq turizmi potensialının daha dərindən öyrənilməsi, təbii üsulla müalicə ehtiyatlarından turizm məqsədləri üçün səmərəli istifadə edərək, sağlamlıq və müalicə turizmi üzrə yeni turizm destinasiyası kimi dünya bazarında ölkəmizin layiqli yerini tutmasına töhfə verməkdir. Bu təşkilatı yaratmaqla istəyirik ki, xarici ölkələrdə sağlamlıq turizmi konqreslərində, sərgilərində brendləşmə siyasətini həyata keçirək, Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsinə, Naftalan, Duzdağ, İstisu, Qalaaltı kimi sanatoriyalarımızın imkanlarının daha geniş tanıdılmasına nail olaq».

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar