Azərbaycan Turizm İnstitutu (ATİ) Elmi Şurasının iclası keçirilib. İnstitutun mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, iclasda ali təhsil ocağının tədris işləri üzrə prorektoru Eldar Aslanovun 2013-2014-cü dərs ilinin əvvəlində tədrisin vəziyyəti, insan resursları şöbəsinin müdiri Aftandil Bayramovun həmin dövrdə professor-müəllim heyətinin komplektləşdirilməsi və ümumi şöbənin müdiri Vüsal Xəlilovun rəhbəri olduğu strukturun son 6 ayda fəaliyyəti ilə bağlı məruzələri dinlənilib.
Elmi Şuranın gündəliyinə daxil edilən məruzə və çıxışlar, o cümlədən cari məsələlərin geniş müzakirəsindən sonra verilən təkliflər nəzərə alınmaqla, ümumilikdə, fəaliyyət qənaətbəxş hesab edilib.
İclasda həmçinin 2013-2014-cü dərs ilində tədrisin keyfiyyətcə artan xətlə yüksəldilməsi, professor-müəllim heyətinin səylərinin artırılması və mövcud komandanın komplektləşdirilməsi işinin daha da təkmilləşdirilməsi qərara alınıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar