“Azərbaycanda, o cümlədən Bakıda üçulduzlu hotellərin tikintisi stimullaşdırılır. Biz maraqlıyıq ki, ölkəmizdə daha çox üçulduzlu hotellər tikilsin. Çünki onların qiymətləri daha münasibdir”. Bu fikri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir qeyd edib ki, dövlət bu sahəyə müəyyən güzəştlər tətbiq edir: “2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar üçulduzlu hotellərin sayının artırılması istiqamətində bir sıra planlar mövcuddur. Ehtiyac yaranarsa, hotellərlə yanaşı, Bakıda bir neçə müvəqqəti yerləşmə məkanlarından da istifadə olunacaq”. Ə.Qarayevin sözlərinə görə, Bakıdakı hotellərdə yataq yerlərinin sayı 15 minə qədərdir. Bunun 6 minə yaxını 4-5 ulduzlu hotellərin payına düşür.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar