Azərbaycan Turizm İnstitutunda (ATİ) «Hyundai Auto Azerbaijan» şirkəti ilə birgə layihə çərçivəsində marketinq araşdırmalarına dair praktik seminar keçirilib. Tədbirin məqsədi avtomobil, qida, bank sektorunda yer alan nüfuzlu şirkətlərin inkişaf strategiyası və taktikası barədə iştirakçıları məlumatlandırmaq, nəzərdə tutulan araşdırmalar əsasında təkliflər paketinin hazırlanmasına cəlb etməkdir.
Seminarda tələbələr yüksək fəallıq göstərib, onların sualları ətraflı cavablandırılıb.
Tədbirdə ATİ rəhbərliyi tərəfindən belə məqsədyönlü seminarların davamlı olacağı vurğulanıb.
Sonda marketinq araşdırmalarında, marketinq ixtisasında tədris olunan fənlərin mənimsənilməsində xüsusi fəallıq göstərən 4 tələbəyə hədiyyələr təqdim olunub.

Fəxriyyə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar