Azərbaycan Turizm İnstitutunda (ATİ) Dövlət Bayrağı Günü münasibətilə dama üzrə idman yarışı keçirilib. ATİ-nin Həmkarlar İttifaqı Komitəsi, «Covqan» idman klubu, Tələbə Gənclər Təşkilatı və Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışmada institutun tələbə, müəllim və inzibati heyət üzvlərindən 54 nəfər mübarizə aparıb. İki gün davam edən dama idman yarışında Emin Muxtarov I, Aydın Böyükkişizadə II, Üzeyir Tağızadə III yeri tutub. Qaliblərə hədiyyələr, xatirə medalları, ATİ-nin, həmçinin Nərimanov Rayon Gənclər və İdman İdarəsinin diplomları verilib.
F.Abdullayeva