«Azərbaycanlı turistlər üçün Monako hələlik o qədər də populyar deyil. Bununla bərabər, son 5 ildə Azərbaycandan ölkəmizə gələn turistlərin sayı 3 dəfə artaraq, 2012-ci ildə 1500 nəfərə çatıb. Bu o qədər də böyük rəqəm olmasa da, son illərin nəticələrinə əsasən nəzərəçarpan irəliləyişdir». Bu sözləri Monako Knyazlığının Turizm və Konqres İdarəsinin prezidenti Qiyom Roz Bakıda keçirilən təqdimat mərasimində deyib.
Ölkəsinin turizm potensialı barədə məlumat verən qonaq bildirib ki, əsrarəngiz təbiətə və coğrafi mövqeyə malik Monakoya dünyanın hər yerindən turistlər gəlir. Yüksək səviyyəli hotel və restoranlar, tanınmış Monte-Karlo kazinosu, «Formula-1» yarışması və s. qonaqları cəlb edir.
İl ərzində bu kiçik ölkədə 700-dək tədbir keçirilir: «Əgər sizi mədəniyyət maraqlandırırsa, il ərzində onlarla mədəni tədbirlərə ev sahibliyi edirik, şopinq həvəskarısınızsa, hər çeşiddə mağazalarımız var, idmanı sevirsinizsə, hər il Qran-pri «Formula-1» və tennis yarışları təşkil edirik».
Monakoda yerləşən hotellər əsasən lüks kateqoriyaya daxildir. «Monako arzu və istəkdir. Arzular isə heç vaxt ucuz yerlərdən başlamır», - deyə Qiyom Roz zarafatla bildirib. Sonra əlavə edib: “Amma bizdə orta imkanlara malik turistlər üçün də təklif edilməli xidmətlər, üçulduzlu hotellər var”.

Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar