“Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığımız davamlı olacaq”

Yunanıstanın Saloniki şəhərinin meri İoannis Boutarisin, şəhər bələdiyyəsinin turizm məsələlərinə məsul müşaviri Spyridon Pengas, merin köməkçisi Eleni Sotiriou və “Avropa Gənclər Paytaxtı 2014”ün koordinatoru Charalampos Papaioannounun Bakıya səfəri başlayıb.

Səfərdə məqsəd Salonikinin “Avropa Gənclər Paytaxtı 2014” seçilməsi nəzərə alınaraq şəhərin turizm imkanlarının təqdimatının keçirilməsi və bu istiqamətdə Azərbaycanla bir sıra layihələrə imza atılmasıdır. Səfər zamanı Azərbaycanla gənclər və idman sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi, bir sıra rəsmilərlə görüşlər keçirilməsi nəzərdə tutulub.
Noyabrın 12-də Saloniki şəhərinin turizm imkanlarının təqdimatı keçirilib.
Tədbirdə iştirak edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, Saloniki merinin Azərbaycana səfəri böyük önəm daşıyır: “Saloniki şəhəri 2014-cü il Avropanın Gənclər Paytaxtı seçilib. Ölkəmizlə bu sahədə əməkdaşlığın inkişafı və Azərbaycanın da bu layihəyə qatılması tədbirin əsas mövzusudur. N.Səmədov qeyd edib ki, gələn il Azərbaycanda Beynəlxalq Turizm Forumu keçiriləcək. Foruma 30-dan çox ölkədən qonaqların gəlişi gözlənilir. Nazir müavini Azərbaycanın Avropa ölkələri ilə viza rejimini aradan qaldırmaqda maraqlı olduğunu diqqətə çatdırıb.
Saloniki şəhərinin meri İ.Boutarisin Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirib: “Bizim Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığımız davamlı olacaq. Mədəniyyətlə bağlı tədbirlərimizdə biz hər zaman sizin nazirliyinizin iştirakını gözləyirik”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar