Ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin qubernatoru, Bakıda doğulmuş Aleksandr Beqlovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Muğam Mərkəzini (BMM) ziyarət edib.
Qonağı səmimi qarşılayan BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə mərkəzin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib.
Daha sonra qonaqların şərəfinə muğam konserti olub. BMM-in solistləri Əməkdar artist Təyyar Bayramov, xanəndə Günay İmamverdiyeva, Rəşad İbrahimov (tar), Əməkdar artist Kamran Kərimov (nağara) və Təbriz Yusupovun (kamança) ifasında təqdim edilən proqram qonaqlar tərəfindən maraqla qarşılanıb.
Lalə