Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin Azərbaycan Dövlət Akademik Filarmoniyasında bu tədris ili üzrə ilk hesabat konserti keçirilib.
Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə gerçəkləşən konsertdə çıxış edən şagirdlər müxtəlif musiqi alətlərində Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə səsləndiriblər.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatlarının, eləcə də aşağı sinif şagirdlərinin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.