Aprelin 7-də Heydər Əliyev Sarayında “Ulduzlu axşamlar” layihəsi çərçivəsində “Hisslərin sözlə ifadəsi” adlı qiraət axşamı keçirilib.

Tədbirdə Xalq şairi Ramiz Rövşən, Xalq artistləri Mehriban Zəki, Məmmədsəfa Qasımov, Əməkdar artist Elşən Rüstəmov, aktrisalar Zemfira Əbdülsəmədova, Sabirə Abdullayeva, Təranə Ocaqverdiyeva və bədii qiraət ustası Xəzər Süleymanlı çıxış ediblər.

Sonra Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestri rəngarəng musiqi əsərlərini səsləndirib.

Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan tədbir ictimaiyyətin ədəbiyyata və qiraət sahəsinə həssas münasibətinin ifadəsi olub.

Lalə