Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ilk dəfə klassik musiqi axşamı təqdim olunub.
Tədbirin məqsədi Gəncədə fəaliyyət göstərən istedadlı gənc klassik ifaçıları üzə çıxarmaqdır.
Gecədə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Həsən xanın ariyası, Asəf Zeynallının “Ölkəm”, Niyazinin "Arzu" romansları, Fikrət Əmirovun “Sevil” operasından "Balaşın mahnısı", “Dilbərin nəğməsi”, eləcə də C.Puççininin “Gianni Schichi” operasından Laurettanın ariyası, E.Kurtisin “Sorentoya qayıt”, J.Bizenin "Karmen" operasından “Toreador” Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Vasif Bayramov, Rüstəm Cəfərov, Fidan Məmmədzadə, Qaya Nəsibzadənin ifasında səsləndirilib.
Fərqli formatda təqdim olunan konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.