Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında Dünya İncəsənət Günü (15 aprel) ilə əlaqədar “açıq qapı” aksiyası keçirilib.
Tədbir cəmiyyətdə mədəni maarifləndirməni genişləndirmək və əhali arasında yaradıcılığa həvəsi olan gəncləri cəlb etmək məqsədilə təşkil edilib.
Mərdəkan Mədəniyyət Sarayında yeni fəaliyyətə başlayan “Kukla teatrı” səhnəciklər təqdim edib, rəsm, keramika, biçmə-tikmə, aşpazlıq kursu üzrə təhsil alanların əl işləri nümayiş olunub.
Həmçinin musiqi nömrələri ifa olunub, “Lalələr”, “Azad” rəqs ansambllarının və “Latın Amerikası” rəqs kursu üzvlərinin ifası maraqla qarşılanıb.