Masallı rayon Mərkəzi Kitabxanasında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin (1494–1556) anadan olmasının 530 illiyi ilə əlaqədar “Şərqin ədəbi dühası – Füzuli” adlı tədbir keçirilib.

Bildirilib ki, Məhəmməd Füzulinin lirikasında insan, onun əzəmətli, parlaq camalı təbiətdə olan bütün varlıqlardan üstün, qiymətli göstərilib. Doğma Azərbaycan dilinə üstünlük verən, ən mühüm əsərlərini bu dildə yazan şair eyni zamanda fars və ərəb dillərində də əsərlər yaradıb.

Məhəmməd Füzulinin əsərləri təkcə Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərq dünyasını heyrətə salmağa qadir olan dühasının, ağlının, adi insan idrakının qavramayacağı duyğular aləminin ölməzlik və əbədiyyət heykəlidir.

Nurəddin