«Fairmont Baku» hotelində Turizm İnstitutunun tələbələri ilə görüş keçirilib
Noyabrın 19-da «Fairmont Baku» hotelində Azərbaycan Turizm İnstitutunun 100-ə yaxın tələbəsi üçün karyera və təcrübə imkanları ilə tanışlıq məqsədilə görüş keçirilib. Hotelin əməliyyatlar üzrə direktoru Francis Desjardins tələbələri salamlayaraq belə görüşlərin mütəmadi olacağına inandığını deyib.
Hotelin təlim və inkişaf üzrə direktoru Sonya Flood 127 yaşlı «Fairmont» hotellər şəbəkəsinin tarixi, iş imkanları, hədəfləri, Azərbaycanın genişlənən turizm potensialı barədə təqdimatla çıxış edib. O, çıxışında tələbələrin diqqətinə çatdırıb ki, qarşılıqlı hörmət, səmimiyyət, gülərüzlülük biznes fəaliyyətinin genişlənməsinin açarıdır. Təcrübə, iş, məzun proqramlarını detallı şərh edən xanım Sonya Flood ATİ tələbələrini bu proqramlardan yararlanmağa çağırıb.
«Fairmont Baku» hotelinin konfrans xidmətləri və iaşə üzrə koordinatoru İlkin Rüstəmov isə ATİ-nin ilk məzunu olaraq çalışdığı brend müəssisədə tələbələri qarşılamaqdan məmnunluğunu vurğulayıb. Görüşün sonunda tələbələr hoteldə xidmət mədəniyyəti ilə tanış olublar.
Fəxriyyə