Praqadakı “Divadlo D21“ teatrında Çexiyada yaşayan həmvətənimiz, Azərbaycan Yazıçılar Birliyinin üzvü Leyla Begim və ssenarist-dramaturq Yefim Abramovun “Sevginin iştahası böyükdür” tamaşasının premyerası keçirilib.
Tamaşaya Praqada yerləşən “Bir şairin teatrı”nın direktoru Oleq Ovçarov quruluş verib.
Ölkəmizin Çexiyadakı səfirliyinin, diaspor üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən premyera maraqla qarşılanıb.
Qeyd edək ki, Leyla Begimin ssenari müəllifi və rejissor qismində daha bir layihəsi – “Olmaq, yoxsa olmaq?” qısametrajlı filmi Nyu-York – İstanbul Qısametrajlı Filmlər Beynəlxalq Festivalında mükafat qazanıb. Film Çexiya paytaxtında aprelin 26-da final mərhələsi keçiriləcək “Prague International Film Awards” festivalının nominantlarından biridir.