Ağdam Dövlət Dram Teatrında italyan dramaturqu Pepino de Filipponun “Don Rafaello-trombonçu” əsəri əsasında “Trombonçu” tamaşasının məşqlərinə başlanılıb.
Əsərin qəhrəmanı trombonçu Don Rafaello musiqi alətləri mağazasını işlədir. Evdə isə yeməyə heç nəyi yoxdur... Tamaşa məişət qayğıları ilə yüklənmiş musiqiçinin həyat dramını təqdim edir.
Səhnə əsərinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsi Dram rejissoru və səhnə plastikası kafedrasının 4-cü kurs tələbəsi Racu Şıxlı quruluş verir. Rolları Elşən Cavadov, Afəridə Əhmədova, Zərifə Ağayeva, Hakim Cəfərli, Camal Zamanov, Anar Əhmədov və Rüstəm Məmmədov oynayırlar.