Aprelin 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Fyodor Dostoyevskinin “Utancaq qız” fantastik povesti əsasında hazırlanan eyniadlı monotamaşanın növbəti dəfə nümayiş olunacaq.

2021-ci ildə səhnələşdirilən tamaşa o vaxtdan Akademik Musiqili Teatrın repertuarında özündə yer edib. Səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, ideya müəllifi Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Tamaşanın tərcüməçisi və yeganə qəhrəmanı – müamiləçi obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynovdur.

“Utancaq qız” indiyədək bir neçə xarici ölkədə beynəlxalq festivallarda da uğurla nümayiş olunub.