Gürcüstanın Batumi şəhərində Cənubi Qafqazda transsərhəd turizminə həsr olunmuş 3-cü əməli görüş işə başlayıb. Gürcüstan Milli Turizm Administrasiyasından verilən məlumata görə, tədbir Acarıstan Muxtar Respublikası Turizm və Kurortlar Departamentinin təşəbbüs və təşkilatçılığı ilə baş tutub. Görüşdə Azərbaycan, Türkiyə, İran və başqa ölkələrdən nümayəndələrin iştirak etdikləri bildirilir.
Tədbir iştirakçıları turizm sahəsində dünyada mövcud olan mütərəqqi “İki ölkə, bir turist” konsepsiyası, gələcək fəaliyyət planları və s. məsələlər ətrafında fikir mübadiləsi aparırlar. İkigünlük görüşün yekununda memorandum imzalanacağı nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar