Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi, YAP Qaradağ rayon təşkilatı və Gənclər və İdman Nazirliyi Qaradağ rayon sektorunun birgə təşkilatçılığı ilə Ulu öndərin anadan olmasının 101-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi barədə məlumat verilib, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təbiətin, yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirdiyi diqqətə çatdırılıb.
Sonra tədbir iştirakçıları mövzu ilə bağlı rəsm sərgisinə baxış keçiriblər.