Açıq havada pizza və dondurma yemək qadağan oluna bilər
İtaliyanın Milan şəhərində gecə saatlarında paketli hazır məhsulların satışını qadağan edən qanunun tətbiq edilməsi planlaşdırılır. Qadağa pizza, dondurma və digər yeməkləri ehtiva edəcək.
Beləliklə, şəhər səlahiyyətliləri gecə saatlarında şəhər küçələrini bürüyən səs-küylü izdihamla mübarizə aparmaq niyyətindədir. Qadağa may-dekabr dövründə, həftəiçi saat 00:30-dan və istirahət günlərində 01:30-dan qüvvədə olacaq. O, yalnız açıq havadakı masalara şamil ediləcək.
Şəhər sakinlərinin apelyasiya vermək və qanunun mətninə dəyişikliklər təklif etmək üçün may ayına qədər vaxtları var.
Qeyd edək ki, 2013-cü ildə Milanda bu qaydanı tətbiq edilməsinə cəhd edilib. Lakin dondurma satıcıları etiraz bildirəndən sonra bu ideyadan imtina olunub. Qalmaqal fonunda mer Culiano Pizapia istefa vermək məcburiyyətində qalıb.