Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qadın əməkdaşlarının “Milli-mənəvi dəyərlərimiz, rənglər dünyası” adlı rəsm və dekorativ-tətbiqi sənət nümunələri sərgisi açılıb.
Sərgidə universitetin fakültə, kafedra və şöbələrində, eləcə də İnşaat Kollecində çalışan xanımların əl işləri nümayiş etdirilib.
Yağlı boya ilə çəkilmiş tablolar, biçmə-tikmə, toxuma, muncuqlarla bəzəmə, dulusçuluq, maket işləri təqdim olunub. Sərgidə ümumilikdə 212 iş nümayiş olunub, onlardan 112-si rəsm, 100-ü isə dekorativ-tətbiqi sənət nümunəsidir.
AzMİU-nun sərgi salonunda açılan “Milli-mənəvi dəyərlərimiz, rənglər dünyası” sərgisi mayın 7-dək davam edəcək.